Canni De Byazi: "Narahatam"

16 Noyabr 2022 23:30 Milli komanda 867
Canni De Byazi: "Narahatam"

Sportinfoal.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Moldova ilə yoxlama görüşündən sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb.

- Komandamın oyunundan çox razı qaldım. Çox şeylər etdik, amma daha da yaxşısını edə bilərdik. 90 dəqiqə yaxşı mübarizə apardıq. Sadəcə olaraq, son dəqiqədə buraxdığımız qola görə narahatam. Xüsusən də Şahruddin Məhəmmədəliyevə görə. Çünki o, bu oyunda qapısını toxunulmaz saxlamağa layiq idi.

- Son dəqiqədə buraxılan qol kefinizi pozdu?

- Həmin epizodda daha yaxşı oynamaq olardı.

- Eksperimental müdafiə xətti ilə oyuna çıxmışdınız. Bəxtiyar Həsənalızadənin performansı barədə nə deyə bilərsiniz?

- Bəli, yeni müdafiə xətti ilə oynadıq. Müdafiədə kadr problemləri yaşadıq. Bəxtiyar da yaxşı oynadı. Bədavi Hüseynov zədə ucbatından itirmişdik. Ümidvaram ki, martdakı rəsmi oyunlarda bizimlə olacaq.

- Azərbaycanda hər zaman super texnikaya mali kfutbolçular olub. Bəs siz onlara tez qərar verə bilməyi necə öyrətdiniz?

- Xoş sözlərə görə təşəkkür edirəm. Mən də sizi millinizin Millətlər Liqasındakı uğurlu çıxışına görə təbrik edirəm. Mən 2020-ci ilin avqust ayından Azərbaycan millisində işləyirəm. İşlərimiz yaxşı gedir. Sadəcə olaraq, vaxtımız azdır. Ümid edirəm ki, növbəti görüşümüzdə bizim daha da gücləndiyimizi mənə deyəcəksiz.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti