Minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyev ölkə çempionatının püşkatma mərasimində iştirak edib.
Sportinfo.az xəbər verir ki, mütəxəssis yığma komandanın qapılarının hamının üzünə açıq olduğunu deyib:
“Arzu edirəm ki, çempionat hamımız üçün düşərli olsun. Bütün komandaların oyunların hamısında iştirak etməsini istəyirəm.
Millinin qapıları bütün oyunçular üçün açıqdı. Fikrimiz odur ki, 2023-cü il dünya çempionatına daha güclü heyətlə yollanaq.
Ona görə də bütün futbolçulara şans yaranacaq".

