"Fənərbaxça"lı: "Azərbaycanla oyunda qazanmağa çalışacağıq"

17 Noyabr 2022 16:20 Milli komanda 875
"Fənərbaxça"lı: "Azərbaycanla oyunda qazanmağa çalışacağıq"

Şimali Makedoniya millisinin futbolçusu Ezcan Aliosko Azərbaycan yığması ilə keçiriləcək yoldaşlıq görüşündən öncə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, yerli federasiyanın mətbuat xidmətinə danışan "Fənərbaxça"nın sol cinah yarımmüdafiəçisi millimizdə matçda qələbə üçün mübarizə aparacaqlarını deyib:

"Yoldaşlıq oyunları olsa da, qələbə qazanmağa çalışacağıq. Bu matçları yüksək səviyyədə keçirmək istəyirik.

Özümüzə inanmalıyıq. Bu iki qarşılaşma üçün millinin düşərgəsinə gələn futbolçulara hörmət etmək lazımdır.

Çünki klubda keçirdiyimiz çox sayda oyunlardan sonra bu formada qalmaq asan deyil”.

Şimali Makedoniya - Azərbaycan qarşılaşması 20 noyabr tarixində baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti