Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova olacaq.
Kişinyovdakı "Zimbru" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edəcək.
Bu, iki kollektiv arasında sayca 12-ci oyun olacaq. Əvvəlki 11 görüşün 2-də Azərbaycan, 4-də Moldova qələbə qazanıb. 5 matçda isə qalib müəyyənləşməyib.
Canni De Byazinin çalışdırdığı kollektiv noyabrın 20-də də Şimali Makedoniyanın qonağı olacaq.
Bu görüşlərdə qələbə futbolçulara üst-üsə 10000 manat qazandıracaq. AFFA heç-heçə üçün mükafat nəzərdə tutmayıb.
SPORTİNFO.AZ

