De Byazi fikrindən daşındı, onlara ehtiyac duymadı

16 Noyabr 2022 20:40 Milli komanda 1 602
De Byazi fikrindən daşındı, onlara ehtiyac duymadı

Azərbaycan futbol millisinin baş məşqçisi Canni de Byazi özünə daha bir köməkçi götürmək fikrindən daşınıb.

Bir müddət öncə italyan çalışdırıcının köməkçilərindən biri Fabio Qallo Azərbaycanı tərk edəndən sonra baş məşqçi axtarışa çıxmışdı.

AFFA-ya yaxın mənbədən verilən məlumatda Qallonun yerinə azərbaycanlı məşqçinin cəlb olunacağı deyilirdi. Hətta namizəd kimi Aftandil Hacıyevlə Ramin Quliyevin adı çəkilirdi.

De Byazi götür-qoy edəndən sonra qeyri-müəyyən müddətə bu fikirdən daşınıb. Odur ki, yaxın gələcəkdə Qallonun boşaltdığı yerə hansısa mütəxəssis cəlb olunmayacaq.

Hazırda Moldova və Şimali Makedoniya ilə yoldaşlıq görüşlərinə hazırlaşan yığmanın baş məşqçisi Canni de Byazinin əsas köməkçisi Arif Əsədov, qapıçılarla işləyən məşqçi Kamran Ağayevdir.

İki italiyalı mütəxəssisdən biri fiziki hazırlığa cavabdehlik daşıyırsa, digəri Azərbaycan millisinin və rəqib komandaların analizini edir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti