"Yoldaşlıq görüşləri olsa da, qələbə qazanmağa çalışacağıq".
Sportinfo.az xəbər verir ki, bunu Şimali Makedoniya millisinin futbolçusu Ezcan Alioski Finlandiya və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri matçlar barədə yerli federasiyanın rəsmi saytına müsahibəsində deyib.
"Fənərbağça"da çıxış edən 30 yaşlı müdafiəçi qarşılaşmaları yüksək səviyyədə keçirmək istədiklərini bildirib:
"Özümüzə inanmalıyıq. Bu iki qarşılaşma üçün millinin düşərgəsinə gələn futbolçulara hörmət etmək lazımdır. Çünki klubda keçirdiyimiz çox sayda oyunlardan sonra bu formada qalmaq asan deyil".
Şimali Makedoniya noyabrın 17-də Azərbaycanla, 3 gün sonra isə Finlandiya ilə üz-üzə gələcək.

