"Yaxşı nəticə qazanmaq üçün hər şeyi edəcəyik".
Sportinfo.az xəbər verir ki, bunu Moldova millisinin futbolçusu Vitali Damaşkan Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq oyun haqda deyib.
23 yaşlı hücumçu ötən yoxlama matçında Canni De Byazinin baş məşqçi olduğu komandaya vurduğu qolu yaxşı xatırladığını bildirib:
"Milli komanda səviyyəsində asan və rahat oyunlar olmur. Hər bir rəqiblə oynamaq çətindir".
Onun sözlərinə görə, istənilən oyunda azarkeşlərin dəstəyi çox önəmlidir:
"Onlarsız futbolun mənası yoxdur. Biz fanatlardan asılıyıq. Tamaşaçısız oynamaq ağırdır. Qarşıdakı yoldaşlıq görüşlərində də çoxlu sayda azarkeş gözləyirəm".
Bu gün Kişineudakı "Zimbru" stadionunda oynanılacaq Moldova - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

