"Traktor"un müdafiəçisi "Qarabağ"dan nə söylədi?

16 Noyabr 2022 09:20 Milli komanda 1 289
"Traktor"un müdafiəçisi "Qarabağ"dan nə söylədi?

"Düşünürəm ki, belə bir yoldaşlıq görüşü çox maraqlı alınar".

Sportinfo.az xəbər verir ki, bunu "report"a müsahibəsində hazırda "Traktor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Höccət Haqverdi azarkeşlərin sosial şəbəkələrdə "Qarabağ"ın Təbriz klubu ilə yoldaşlıq oyunu keçirməsi ilə bağlı təşəbbüsünə münasibət bildirərkən deyib.

29 yaşlı müdafiəçi Ağdam təmsilçisinin İrandakı azərbaycanlılar arasında çox populyar komanda olduğunu söyləyib:

“Traktor" da türkdilli insanların sevimlisidir. Bu baxımdan, belə bir oyun təşkil olunsa, olduqca xoş qarşılanar.

Üstəlik, hər iki komandanın heyətində kifayət qədər güclü futbolçular var ki, bu da meydandakı mübarizəni maraqlı edər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti