Moldovalı Azərbaycan millisinə o gözlə baxmır: “Bu, meydanda da nəzərə çarpacaq"

16 Noyabr 2022 09:00 Milli komanda 832
Moldovalı Azərbaycan millisinə o gözlə baxmır: “Bu, meydanda da nəzərə çarpacaq"

"Biz belə matçlara yoldaşlıq görüşü kimi baxmırıq.

Çox ciddi hazırlaşırıq. Bu, meydanda da nəzərə çarpacaq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Moldova millisinin futbolçusu Yoan-Kelin Revenko keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı federasiyanın rəsmi saytına müsahibəsində deyib.

22 yaşlı müdafiəçi Azərbaycan millisini təhlik etdiklərini bildirib:

"Çətin qarşılaşma olacaq. Onların yaxşı komandası var. Rumıniya haqqında hələlik məlumat almamışıq.

İlk matça hazırlaşırıq. Rumıniya çempionatını izləyirən. Bu rəqib də yaxşı komandaya malikdir".

Noyabrın 16-da Azərbaycan millisi ilə qarşılaşacaq Moldova seçməsi, 4 gün sonra Rumıniya ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti