"Azərbaycan və Rumıniya ilə oyunları səbirsizliklə gözləyirik".
Sportinfo.az xəbər verir ki, bunu Moldova millisinin futbolçusu Viktor Stıne keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı federasiyanın rəsmi saytına müsahibəsində deyib.
24 yaşlı yarımmüdafiəçi qarşılaşmalarda yaxşı oynamağa çalışacaqlarını bildirib. Stıne nəticə qazanmağın onlar üçün vacib olduğunu bildirib.
Noyabrın 16-da Azərbaycan millisi ilə qarşılaşacaq Moldova 4 gün sonra Rumıniya ilə üz-üzə gələcək.

