"Biz kiçik ölkəyik, lakin böyük ürəyə malikik"

15 Noyabr 2022 11:00 Milli komanda 744
"Biz kiçik ölkəyik, lakin böyük ürəyə malikik"

"UEFA Millətlər Liqasındakı qələbə seriyasını qarşıdakı matçlarda davam etdirmək istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu Moldova millisinin qapıçısı Dmitri Çelyadnik Azərbaycan və Rumıniya komandalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı "Moldfootball" nəşrinə müsahibəsində deyib.

30 yaşlı qolkiper azarkeşləri qələbələrlə sevindirmək niyyətində olduqlarını bildirib:

"Bütün ölkənin sevinməsi üçün qələbələr bizə lazımdır. Fanatların yığmanın yanında olmasını istəyirəm.

Onları gözəl oyunla sevindirməyə çalışacağıq. Biz kiçik ölkəyik, lakin böyük ürəyə malikik".

Çelyadnik milliyə böyük məmnuniyyətlə gəldiyini sözlərinə əlavə edib:

"Emosiyalar həmişə olduğu kimi yalnız müsbətdir. Biz tərəfdarlarımızın önündə yaxşı oyun sərgiləməyi planlaşdırırıq. Bu iki görüşdə mübarizə aparmağa çalışacağıq".

Moldova noyabrın 16-da Azərbaycanla, 4 gün sonra isə Rumıniya seçməsi ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti