“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev növbəti dəfə milliyə dəvət almaması ilə bağlı danışıb.
O, Sportinfo.az-a açıqlamasında yığmanın çalışdırıcısı Canni De Byazinin qərarın belə şərh edib:
"Xüsusi bir fikrim yoxdur. Mənim üçün üzücü haldır. Bir idmançı kimi bununla heç vaxt razı olmayacam.
Artıq bu məsələ barəsində danışılacaq söz yoxdur. Baş məşqçinin öz qərarıdır. Yenə də əvvəlki mövqeyimdəyəm.
Komandaya uğurlar arzulayıram. Milli hamımızın komandasıdır. Hər zaman uğur qazanmasını arzu etmişik.
Bir futbolçu kimi də buna çalışmışıq. Nə qədər alınıb-alınmamasın artıq azarkeşlər deyə bilər. Hər kəsə qarşıdakı oyunlarda uğurlar arzulayıram".
Yığma yoxlama oyunları çərçivəsində noyabrın 16-da Moldova ilə, 4 gün sonra Şimali Makedoniya ilə üz-üzə gələcək.
XANOĞLAN / SPORTİNFO.AZ

