“Azərbaycandan başqa hamısı mükəmməl rəqibdir”

14 Noyabr 2022 12:40 Milli komanda 1 289
“Azərbaycandan başqa hamısı mükəmməl rəqibdir”

“Bundan da pis qrupa düşə bilərdik. Xüsusən də, B və C qrupları çılğınlıq olardı”.

Sportinfo.az xəbər verir ki, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli deyib.

İsveçrəli mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində düşdükləri qrupu dəyərləndirib. 48 yaşlı çalışdırıcı Azərbaycan yığması ilə eyni qrupa düşdükləri üçün sevincini gizlətməyib:

“H qrupu daha xoş görünür. Ümumilikdə çox yaxşı qrupdayıq. 4-cü səbətdən Azərbaycanın düşməsinə gəlincə, əsas odur ki, orada Yunanıstan və Türkiyədən qaçdıq.

Mənim nəzərimdə digər komandaların hamısı mükəmməl rəqiblərdir. Azərbaycan isə aşağı-yuxarı bizimlə eyni səviyyədə olan komandadır”.

Azərbaycan millisi F qrupunda Belçika, Avstriya, İsveç və Estoniya ilə mübarizə aparacaq. Seçmə mərhələyə gələn ilin martında start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti