AFFA-dan açıqlama: "I Divizion klublarının hamısı Premyer Liqada iştirak etmək istəyir”

11 Noyabr 2022 23:20 Milli komanda 1 037
AFFA-dan açıqlama: "I Divizion klublarının hamısı Premyer Liqada iştirak etmək istəyir”

I Diviziondakı bütün klublar növbəti mövsüm Premyer Liqada iştirak üçün müraciət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

O, "Araz Naxçıvan", "Zaqatala", "Mingəçevir", "Qaradağ Lökbatan", MOİK və "İmişli"dən çempionatda iştirak məqsədi ilə ərizə aldıqlarını bildirib: "Sənədlərin toplanma prosesinin necə gedəcəyini zaman göstərəcək".

Məmmədov 2023-cü ilin yanvarından aprelədək müxtəlif meyarlarla bağlı son tarixlərin olduğunu xatırladıb.

Ötən mövsüm I Divizionda çıxış edən komandalardan "Turan Tovuz" və "Kəpəz"in Premyer Liqada iştirakına lisenziya verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti