Avropa klubunun müdafiəçisi Azərbaycan yığmasına çağırıldı

9 Noyabr 2022 20:20 Milli komanda 1 347
Avropa klubunun müdafiəçisi Azərbaycan yığmasına çağırıldı

"Visla”nın (Plotsk) müdafiəçisi Anton Krivotsyuk Azərbaycan millisinə dəvət olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Polşa klubunun mətbuat xidməti məlumat yayıb.

Krivotsyukun Moldova və Şimali Makedoniya ilə yoxlama oyunlarına dəvət aldığı bildirilib.

Azərbaycan millisi noyabrın 16-da Kişinyovdakı “Zimbru” stadionunda Moldova yığmasının qonağı olacaq. Bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Ayın 20-də isə yığmamızı Skopyedəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə matç gözləyir. Bu qarşılaşma isə Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti