"Biz qalib xalqın nümayəndələriyik və qələbələrimiz idmanda da var".
Sportinfo.az xəbər verir ki, bu sözlər gənclər və idman naziri Fərid Qayıbova məxsusdur.
O, AFFA-nın Canni De Byazi ilə müqavilə müddətini artıraraq, millinin baş məşqçi postunda saxlamasına şərh verib:
"Son dövrdə idmançılarımız da bizi sevindirir. Millimiz komandamız da son oyunlarda qələbələr qazanırdı.
Bəli, AFFA Canni de Byazi ilə müqavilə müddətini imzaladı. Həmin danışıqlarda iştirak etməmişəm, bir söz deyə bilmərəm.
Amma həm nazir, həm azarkeş kimi milliyə uğurlar arzu edirəm".

