“Ona verilən şans yerli baş məşqçiyə verilsəydi, bəlkə də…”

8 Noyabr 2022 23:00 Milli komanda 995
“Ona verilən şans yerli baş məşqçiyə verilsəydi, bəlkə də…”

“Əlbəttə, istəyərdim ki, millidə yerli mütəxəssis olsun, çünki psixologiyanı yaxşı bilirlər və hər kəsi yaxından tanıyırlar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın müdafiəçisi Adil Nağıyev deyib.

Ölkənin əsas yığmasının yenidən Canni De Byaziyə tapşırılmasına münasibət bildirən 27 yaşlı arxa xətt oyunçusu söyləyib:

“Bu gün yaxşı yerli məşqçilər var. Komandanı yaxşı yerlərə qaldırıb, müsbət nəticələr göstərə bilərlər.

Sadəcə, onlara inanmaq və güvənmək lazımdır. Məsələn, De Byaziyə verilən şans yerli baş məşqçiyə verilsəydi, bəlkə də daha yaxşı nəticələr qazanılardı.

Yəqin ki, Millətlər Liqasının son oyunlardakı qələbələrə və yaxşı oyuna görə onunla yola davam etdilər. Heç də asan qrupda deyildik.

Fikirləşdilər ki, yeni məşqçi ilə sıfırdan başlamaqdansa, Canni De Byazi ilə müqavilə artırıldı. Necə olacağını isə zaman özü göstərəcək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti