«Azərbaycan və Belarus futbolunun hazırkı vəziyyətini müqayisə etmək olmaz».
Bu sözləri Sportinfo.az-a açıqlamasında tanınmış belaruslu menecer Vitali Kuznetsov deyib.
Yaxın vaxtlara kimi müxtəlif Azərbaycan klubları ilə əməkdaşlıq etmiş agent maraqlı fikir irəli sürüb. İddia edib ki, Belarus futbolçu hazırda özünün növbəti keçid dövrünü yaşayır:
«Siz bunu milli komandamızın heyətindən də görə bilərsiz. Georgi Kondratyev yığmaya əsasən gəncləri çağırır.
Onların arasında yayda «Minsk»dən «Neftçi»yə keçmiş Yeqor Boqomolski də var.
Bu gün Belarus çempionatında çıxış edən bütün klublar cavanlara üstünlük verir. Bir neçə il keçsin, bu mövzuya toxunarıq.
Vaxt var idi, belaruslu futbolçular Avropanın müxtəlif yaxşı klublarında forma geyinirdi. O gün yenə gələcək, çünki bizdə perspektivli gənclər çoxdur».

