Ruslar AFFA-ya müraciət edibmi? – Millilərin yoxlama görüşü üçün

2 Noyabr 2022 14:00 Milli komanda 963
Ruslar AFFA-ya müraciət edibmi? – Millilərin yoxlama görüşü üçün

Bosniya və Herseqovina yığmasının Rusiya ilə yoldaşlıq oyunu ləğv olunub.

Bu barədə Bosniya və Herseqovina Futbol Assosiasiyası məlumat yayıb.

Qurumun İcraiyyə Şurasının iclasından sonra qarşılaşmanın başqa vaxta təxirə salındığı açıqlanıb.

Görüş noyabrın 19-da Sankt-Peterburqda keçirilməli idi. Daha əvvəl bir sıra bosniyalı oyunçu belə matçın təşkilinə qarşı çıxıb.

Ruslar növbəti yoldaşlıq oyununda Tacikistan ilə qarşılaşacaq. Matç noyabrın 17-də, Düşənbədə keçirilməlidir.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçib. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb.

Həmçinin Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

UEFA və FİFA-nın qeyri-müəyyən müddətə beynəlxalq yarışlardan kənarlaşdırdığı Rusiya yığması sonuncu yoxlama görüşünü Qırğızıstana qarşı keçirib. Bişkekdə təşkil olunan oyunda 2:1 hesabıyla qalib gəliblər.

Yerli Futbol İttifaqı (RFİ) komandanın oyun praktikası qazanması üçün postsovet məkanının bir neçə təmsilçisinə müraciət ünvanlayıb. Amma Azərbaycan onların arasında yer almayıb.

Bu haqda Sportinfo.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bildirib.

Onun sözlərinə görə, RFİ iki yığma arasında yoxlama görüşünün keçirilməsi təşəbbüsü ilə AFFA-ya məktub göndərməyib. Federasiya mənsubu deyib ki. ümumiyyətlə, yaxın vaxtlarda bu məsələnin gündəmə gəlməsi gözlənilmir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti