AFFA "Arsenal"ın hücumçusuna Azərbaycan yığmasını seçməyi təklif etdi

1 Noyabr 2022 02:30 Milli komanda 1 617
AFFA "Arsenal"ın hücumçusuna Azərbaycan yığmasını seçməyi təklif etdi

"Arsenal"ın hücumçusu Kamran Əliyev Azərbaycan millisində oynamaq şansı qazanıb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, forvard AFFA-dan dəvət alıb.

Mənbənin iddiasına görə, Tula təmsilçisinin hücumçusuna Azərbaycanın əsas millisində oynamaq təklif edilib. Forvardın hansı qərarı verəcəyi isə hələ ki, dəqiq deyil.

“Ximki” yetirməsi olan 24 yaşlı hücumçu “SKA-Xabarovsk” klubunda da oynadıqdan sorna bu ilə “Arsenal”a keçib. O, Azərbaycan və Rusiyanın U-20 yığmalarında oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti