Millinin futbolçuları 20 min manatı niyə ala bilmir? –NARAZILIĞIN TƏFƏRRÜATI

31 Oktyabr 2022 14:40 Milli komanda 1 159
Millinin futbolçuları 20 min manatı niyə ala bilmir? –NARAZILIĞIN TƏFƏRRÜATI

Xəbər verdiyimz kimi, AFFA rəhbərliyi ilə yığmanın futbolçuları arasında ciddi problem yaranıb.

Narazılığın mərkəzində mükafat dayanır.

İş ondadır ki, UEFA Millətlər Liqasının son iki turunda Slovakiyaya səfərdə, Qazaxıstana evdə qalib gələn komanda ona vəd olunan pulu almayıb.

Müvafiq olaraq 2:1 və 3:0 hesablı qalibiyyətə görə millinin üzvlərinə üst-üstə 20 min manat ödəniləcəyi söz verilsə də, federasiya bugünədək dediyini etməyib. Və böyük ehtimalla, etməyəcək də.

AFFA-nın baş katibi Sərxan Hacıyev futbolçuların bununla bağlı müraciətini konkret cavablandırmayıb, ödəmələrin indiyədək həyata keçirilməməsinin ondan qaynaqlanmadığını söyləməklə kifayətlənib.

Redaksiyamıza bununla bağlı yeni məlumat daxil olub. Federasiyadan əldə etdiyimiz informasiyaya görə, SOCAR Millətlər Liqasında qrupdan çıxa bilməyən komandaya mükafat verməyi lazım bilmir.

Neft şirkəti baş sponsoru olduğu AFFA-ya bu ödəmələri daxili imkanları hesabına həyata keçirməyi tapışırıb. Lakin assosiasiya büdcədə bu qədər vəsaitin qalmadığını himayədarının diqqətinə çatdırıb.

İndi gərək problemi Rövnəq Abdullayev özü yoluna qoysun. AFFA prezidenti isə SOCAR-dakı işindən ayrılandan sonra futbola demək olar daha heç bir ianə etmir.

O, əvvəllər millinin futbolçuları ilə tez-tez görüşür, söhbətləşir, qarşıya qoyulan hədəflərlə bağlı danışırdı.

Axır 8 ayda isə cəmi 1 dəfə komandanın üzvləriylə bir araya gəlib. Hətta komandanın Bakıdakı oyunlarına da təşrif buyurmur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti