“Xəzər Lənkəran”dan tanıdığımız slovak: "Azərbaycana uduzmaq haqqımız yox idi"

31 Oktyabr 2022 03:20 Milli komanda 811
“Xəzər Lənkəran”dan tanıdığımız slovak: "Azərbaycana uduzmaq haqqımız yox idi"

Azərbaycanda oynamış slovakiyalılardan İvan Pyexa sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Millətlər Liqasının 5-ci turunda keçirilən Slovakiya – Azərbaycan (1:2) matçı barədə danışıb.

Pyexanın Slovakiyanın qələbə qazancağına əmin imiş: "Mənə görə qorxulu nəticədi. Yeni baş məşqçimiz millidə yeni futbolçulara şans verdi.

Amma istənilən halda doğma meydanda Azərbaycana uduzmaq haqqımız yox idi. Slovakiya millisində anlaşılmaz böhran yaşanır.

Yalnız işləməklə və qələbələrlə bu durumdan çıxa bilərik. Millini dəstəkləmək üçün stadiona cəmi 2500 azarkeşin gəldiyini görmək mənim üçün ağırdı.

Ümumiyyətlə, hazırda heç kimi millimiz və futbolçularımız maraqlandırmır. Slovakiya millisi hazırda çətin durumdan keçir.

Tez bir zamanda ağır durumdan çıxmaq lazımdı".

Vaxtilə “Xəzər Lənkəran” və “Rəvan”da oynamış slovakiyalı milli komandamız barədə də fikirlərini söyləyib:

“Azərbaycan millisinin birinci hissədəki oyununu bəyəndim. Futbolçularınız inamlı, texnikalı idilər. Həm də meydanda cəld davranırdılar.

Millinizdə "Qarabağ”dan çox futbolçunun oynaması üstünlüyünüzdü. Bu mənada, gələcəkdə Azərbaycan yığmasından uğurlu nəticə gözləmək olar”.

Hazırda məşqçi kimi fəaliyyət göstərən Pyexa 2009-2010-cu ildə “Xəzər Lənkəran”, 2013-2014-cü ildə isə “Rəvan”da oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti