"Millidən AVRO-2024-də minimum 9 xal gözləyirəm"

31 Oktyabr 2022 19:00 Milli komanda 1 300
"Millidən AVRO-2024-də minimum 9 xal gözləyirəm"

"Yığma Millətlər Liqasında son oyunları yaxşı keçirib.

Görünür ki, əhval-ruhiyyə yaxşıdır, motivasiya yüksəkdir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq müdafiəçisi Saşa Yunisoğlu deyib.

Hazırda "Sabah"ın akademiyasında məşqçi kimi çalışan gənc mütəxəssis ölkənin əsas komandasından AVRO-2024-ün seçmə mərhələsində uğurlu çıxış gözləyir:

"Yavaş-yavaş komanda oyunu görünür. Düşünürəm ki, belə oynamağa davam etsələr, qrupda ən azı 10-13 xal toplaya bilərlər.

Minimum 9 xal gözləyirəm. Normal qrupdur. İkinci yerə inanmıram, ancaq üçüncü pillə üçün mübarizə apara bilərik.

Ümid edirik ki, milli yaxşı nəticələrlə bizi, azarkeşləri sevindirəcək. Bu yolda komandamıza uğurlar arzu edirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti