Millimiz ikinci məğlubiyyəti Bosniyadan aldı

28 Oktyabr 2022 00:40 Milli komanda 531
Millimiz ikinci məğlubiyyəti Bosniyadan aldı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız 2-ci turda Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Qrupun digər görüşündə Ukrayna Lixtenşteyn üzərində qələbə qazanıb (7:0).

U-17 millimiz ilk turda Ukraynaya 2:5 hesabı ilə uduzub.

Bosniya və Herseqovina U-17 - Azərbaycan U-17 - 1:0
Qol:
Dugiç, 16
Qırmızı vərəqə: Hüseyn Hüseynov , 87-iki sarı vərəqə (Azərbaycan)
Kakanj. Mladost stadionu.

Ukrayna - Lixtenşteyn - 7:0

Qollar: Ponomarenko, 13, 21, 45+1-pen; Kalin, 30, Paşko, 62, Zaxarçenko, 67,Ş Kan, 88

Xallar: Ukrayna - 6, Bosniya və Herseqovina - 6, Lixtenşteyn - 0, Azərbaycan - 0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti