"Belçika böyük ulduz futbolçuları olan, FIFA reytinqində birinci pillədə qərarlaşan kollektivdir".
Sportinfo.az xəbər verir ki, bu fikirlər Azərbaycan millisinin baş məşqçisi Canni De Byaziyə məxsusdur.
"Tribalfootball" nəşrinə açıqlama verən italiyalı çalışdırıcı yığmamız üçün bütün matçların çətin keçdiyini söyləyib.
O, Estoniyadan başqa AVRO-2024-ün seçmə mərhələsindəki digər rəqiblər haqqında danışıb:
"İsveçin oyunçuları Avropanın ən yaxşı liqalarında çıxış edirlər və fiziki cəhətdən güclü yığmadır. Avstriya kollektivi təkcə David Alabadan ibarət deyil.
Bundesliqada mübarizə aparan digər oyunçuların toplaşdığı güclü komandadır. Əksər futbolçuları yerli çempionatda çıxış edən komandam üçün bu, çox çətin məsələdir.
Ancaq bununla təslim olduğumuzu demirəm. Matçlarımızı keçirəcək, məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik".

