İtaliyalı baş məşqçi: "Azərbaycanda yeganə problem odur ki…"

23 Oktyabr 2022 13:40 Milli komanda 1 287
İtaliyalı baş məşqçi: "Azərbaycanda yeganə problem odur ki…"

"Azərbaycan çempionatının səviyyəsi ildən-ilə yaxşılaşır, güclü futbolçularımız var".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Tribalfootball"a açıqlamasında deyib.

İtaliya mediasına danışan 65 yaşlı çalışdırıcı Azərbaycan Premyer Liqasının səviyyəsinin getdikcə artdığı vurğulayıb:

"Yeganə problem odur ki, seçə biləcəyimiz oyunçuların sayı çox deyil. Builki çempionat 10 komandanın iştirakı ilə keçirilir və klublar əsas heyətdə 7 legionerlə meydana çıxır.

Hər komandadan 4 oyunçu seçmək imkanım var ki, bu da ümumilikdə 40 nəfər deməkdir. Burada yaxşı işlər gördük,

2000-2001-ci il təvəllüdlü çoxlu gənc futbolçulardan ibarət qrup yaratdıq. Onlar müntəzəm oynayırlar. Ümid edirəm ki, daha da böyüyə bilərlər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti