AFFA italiyalı baş məşqçiyə daha çox PUL QAZANDIRMAĞA RAZILŞADI

22 Oktyabr 2022 19:40 Milli komanda 982
AFFA italiyalı baş məşqçiyə daha çox PUL QAZANDIRMAĞA RAZILŞADI

Canni De Byazi ilə bağladığı yeni müqavilənin maliyyə şərtləri məlum olub.

AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə sözləşməsinin müddəti uzadılan baş məşqçi AVRO-2024-ün seçmə mərhələsinin sonundək millini çalışdıracaq.

65 yaşlı mütəxəssis bu müddətdə 350-380 min avro civarında pul qazanacaq.

AFFA-dan Sportinfo.az-a daxil olan informasiyaya görə, italiyalı sükançının gəliri komandanın Avropa çempionatının “ələmələr”ində əldə edəcəyi müsbət nəticələrə əsasən arta bilər.

Canni De Byazi 2020-ci ilin iyulundan Azərbaycan millisinin sükanı arxasındadır. Yığmamız onun rəhbərliyi altında UEFA Millətlər Liqasınsda iki dəfə uğursuz çıxış edib. Həmçinin DÇ-2022-nin seçmə mərhələsi də fiasco ilə yadda qalıb.

Apenninli çalışdırıcı AFFA ilə imzaladığı ilk müqavilədən 900 min avro gəlir əldə edib. Növbəti 10 ayda isə qazancı 250-300 min avroyadək aşağı düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti