"Başqa təkliflər də almışdım. Biri digər yığmadan, ikisi isə İtaliya klublarından idi".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi müqaviləsinin müddətini uzatması ilə bağlı "Tribalfootball" nəşrinə açıqlamasında deyib.
66 yaşlı mütəxəssis 2024-cü il Avropa çempionatının seçmə mərhələsi ərəfəsində komandada işləməyə davam etmək istədiyini bildirib:
"Püşkatmada Albaniya kimi bəxtimiz gətirmədi. Bu, daha əvvəl AVRO-2016-da da başıma gəlmişdi.
Albaniyanın baş məşqçisi olduğum dönəm seçmə mərhələdə çətin qrupa düşmüşdük. Lakin final mərhələsinə vəsiqə qazanmışdıq.
Ümid edirəm ki, bu dəfə də eyni şeyi edəcəyik. Lakin buna nail olmaq çox çətin olacaq".

