Yığmamız eyni hesabla udmuşdu, eyni hesabla da uduzdu

22 Oktyabr 2022 03:10 Milli komanda 785
Yığmamız eyni hesabla udmuşdu, eyni hesabla da uduzdu

Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışı başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, gürcüstanlı yaşıdları ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə uduzub.

Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektivin heyətində 46-cı dəqiqədə Sadiq Şəfiyev fərqlənib.

Oktyabrın 18-də yığmamız gürcülərə 2:1 qalib gəlmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti