AFFA rəhbərliyi ilə yığmanın futbolçuları arasında ciddi problem yaranıb.
Narazılığın mərkəzində mükafat dayanır.
İş ondadır ki, UEFA Millətlər Liqasının son iki turunda Slovakiyaya səfərdə, Qazaxıstana evdə qalib gələn komanda ona vəd olunan pulu almayıb.
Müvafiq olaraq 2:1 və 3:0 hesablı qalibiyyətə görə millinin üzvlərinə üst-üstə 20 min manat ödəniləcəyi söz verilsə də, federasiya bugünədək dediyini etməyib. Və böyük ehtimalla, etməyəcək də.
AFFA-nın baş katibi Sərxan Hacıyev futbolçuların bununla bağlı müraciətini konkret cavablandırmayıb, ödəmələrin indiyədək həyata keçirilməməsinin ondan qaynaqlanmadığını söyləməklə kifayətlənib.
SPORTİNFO.AZ

