Moldova və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq matçının dəqiq vaxtı bəlli olub.
Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Azərbaycan millisi noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək.

