“Azərbaycanda rahat 3 xal qazanacağını düşünə bilmərsən”

19 Oktyabr 2022 13:40 Milli komanda 723
“Azərbaycanda rahat 3 xal qazanacağını düşünə bilmərsən”

“İstənilən rəqibi məğlub edə biləcək səviyyəyə çatmaq istəyirik”.

Sportinfo.az xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə qrup mərhələsi barədə danışarkən deyib.

F qrupundakı şanslarını dəyərləndirən 64 yaşlı almaniyalı mütəxəssis Azərbaycan və Estoniyaya autsayder kimi yanaşmadıqlarını söyləyib:

“Digərləri kimi, Azərbaycan və Estoniya da AVRO-2024-ə qatılmaq istəyir.

Buna görə də, onlara autsayder gözü ilə baxmaq və bu komandaları qiymətləndirməmək olmaz. Azərbaycana uçub rahat 3 xal qazanacağını düşünə bilmərsən”.

AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Avstriya və Azərbaycanla yanaşı, Belçika, İsveç və Estoniya da mübarizə aparacaq. Yığmamız ilk oyununu gələn il martın 24-də səfərdə məhz Avstriyaya qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti