Bu xəbəri "Sportinfo" yaydı, Elxan Məmmədov təsdiqlədi

6 Yanvar 2022 14:40 Milli komanda 1 931
Bu xəbəri "Sportinfo" yaydı, Elxan Məmmədov təsdiqlədi

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Sportinfo.az-ın yaydığı xəbəri təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/milli_komanda/130207.html).

O, federasiyada keçirdiyi toplantıda bildirib ki, 21 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi Milan Obradoviçlə müqavilənin müddəti uzadılmayacaq.

AVRO-2023-ün seçmə mərhələsində mübarizə aparan komandanın uğursuz çıxışı serbiyalı çalışdırıcı barədə bu qərarın verilməsinin əsas səbəbidir.
6 qarşılaşmada cəmi 1 xal toplayan yığmamız bununla da Avropa çempionatı xəyalı ilə erkən vidalaşıb.

Hələ Bakıda keçirilən Norveçlə son görüşədək (1:2) final mərhələsinə birbaşa vəsiqə şansı qalmayan Obradoviçin komandası pley-off ümidini də itirib.

Bunadək 2 qələbə və 11 məğlubiyyət görən Obradoviç 1 dəfə yığmamızla seçmə oyununda 1 xal görüb.

E.Məmmədov bildirib ki, balkanlı çalışdırıcıya uzun müddətdir şans versələr də, ondan gözlənilən nəticələri qazanmağı bacarmayıb, normal səviyyədə komanda formalaşdıra bilməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!