AFFA yığmanın baş məşqçisi ilə bağlı son qərarını verdi

30 Dekabr 2021 21:20 Milli komanda 2 083
AFFA yığmanın baş məşqçisi ilə bağlı son qərarını verdi

AFFA 21 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi Milan Obradoviçlə müqaviləni uzatmayacaq.

Bu barədə Sportinfo.az-a federasiyadan məlumat daxil olub.

Bildirilib ki, AVRO-2023-ün seçmə mərhələsində mübarizə aparan komandanın uğursuz çıxışı serbiyalı çalışdırıcı barədə bu qərarın verilməsinin əsas səbəbidir.

6 qarşılaşmada cəmi 1 xal toplayan yığmamız bununla da Avropa çempionatı xəyalı ilə erkən vidalaşıb.

Hələ Bakıda keçirilən Norveçlə son görüşədək (1:2) final mərhələsinə birbaşa vəsiqə şansı qalmayan Obradoviçin komandası pley-off ümidini də itirib.

Bunadək 2 qələbə və 11 məğlubiyyət görən Obradoviç 1 dəfə yığmamızla seçmə oyununda 1 xal görüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu