Türkiyənin məşhur saytı “Sportinfo”ya istinad etdi, XƏBƏRİMİZ GÜNDƏM OLDU

3 Noyabr 2021 14:40 Milli komanda 1 533
Türkiyənin məşhur saytı “Sportinfo”ya istinad etdi, XƏBƏRİMİZ GÜNDƏM OLDU

Azərbaycan yığmasının yeni baş məşqçisi Okan Buruk ola bilər.

Sportinfo.az-ın ilk dəfə yaydığı bu xəbər artıq Türkiyə mətbuatının da gündəminə daxil olub (https://www.sportinfo.az/idman_xeberleri/milli_komanda/126022.html).

Məşhur sporrx.com saytı Sportinfo.az-a istinad edərək, bildirib ki, AFFA rəhbərliyi ilə adıçəkiln mütəxəssis arasında 2+2 illik müqavilə barədə razılıq əldə olunub (https://www.sporx.com/okan-buruk-surprizi-gorusmeler-basladi-2-2-yillik-imza-SXHBQ947419SXQ?fbclid=IwAR28xZ-dvdF5QTyy62VkR93nHPT7MFJyuz13ftdGgyTzn6a13cSsKYBpZgs).

Məlumatda qeyd edilib ki, gələn ayın sonunda italiyalı Canni De Byazi ilə vidalaşmağa hazırlaşan AFFA onu məhz Okan Burukla əvəzləməyə hazırlaşır.

1992-2010-cu illərdə Türkiyə millisində keçirdiyi 56 oyunda 8 qola imza atan Okan Buruk məşqçi karyerasına gənclər millisində başlayıb.

Daha sonra əsas millidə və “Qalatasaray”da da yardımçı işləyən sabiq yarımmüdafiəçi, “Elazığspor” (2013—2014), “Qaziantepspor” (2014-2015), “Sivasspor” (2015-2016), “Göztəpə” (2016-2017), “Akhisar Bələdiyyəspor” (2017-2018), “Rizəspor” (2018-2019) klublarında işləyib.

Heç bir klubda ikinci ili görməyən Buruk “Başakşəhər”i (2019-2021) çempion etməyi bacarıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti