TFF AFFA-ya təkid etdi – “Qalatasaray”lını milliyə gətirin, biz də kömək olaq

1 Noyabr 2021 20:00 Milli komanda 4 040
TFF AFFA-ya təkid etdi – “Qalatasaray”lını milliyə gətirin, biz də kömək olaq

Türkiyə Futbol Federasiyası (TFF) AFFA-ya konkret təklif verib.

Bu barədə Sportinfo.az-a AFFA rəhbərliyinə yaxın mənbədən məlumat daxil olub.

Həmin şəxsin bildirdiyinə görə, TFF Okan Buruku Azərbaycan yığmasının baş məşqçi postunda görmək istəyir.

Icraçı vitse-prezident Elxan Məmmədovun qonşu ölkəyə son səfəri zamanı bu məsələ geniş müzakirə olunub.

Doğrudur, “Samsunspor”dan ayrılan Ertuğrul Sağlam da AFFA-nın namizədləri arasında yer alıb, ancaq TFF Okan Burukun üzərində daha çox dayanıb.

Yerli qurum mənsubları ötən sezonun gedişində “Başakçehir”dən istefa vermiş “Qalatasaray”lı məşhurun Azərbaycanda fəaliyyət göstərə bilməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcəklərinə, onu maliyyə şərtlərində razı salacaqlarına söz verib.

AFFA namizədlərlə bağlı mövqeyini gələn ay müəyyənləşdirəcək. Axı qarşıda yığmanın 2 oyunu var. Komandamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqla son matçına çıxmaqla bərabər,

Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək. Elə bu qarşılaşmalar Canni De Byazi ilə bağlı bütün suallara cavab verəcək.

Federasiya italiyalı baş məşqçinin ilyarımlıq müqaviləsini uzatmaq fikrindən uzaqdır, sözləşmənin qüvvədən düşməsinə isə cəmi 1 ay qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti