"Sportinfo" xəbəri yaydı, UEFA-dan AFFA-ya məktub gəldi, YER BİLİNDİ

10 Fevral 2021 12:40 Milli komanda 610
"Sportinfo" xəbəri yaydı, UEFA-dan AFFA-ya məktub gəldi, YER BİLİNDİ

2022-ci ildə futbol üzrə dünya çempionatının seçmə oyunlarına hazırlıq məqsədi daşıyan Qətər - Azərbaycan matçının yeri açıqlanıb.

AFFA-nın saytı Sportinfo.az-ın 4 gün öncə yaydığı xəbəri rəsmən təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/milli_komanda/105548.html)

Qarşılaşma Avstriyanın Vyana şəhərində təşkil ediləcək. Bu barədə UEFA tərəfindən AFFA-ya rəsmi məktub daxil olub.

Martın 27-də keçiriləcək Qətər - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla da mübarizə aparacaq.

Qətər 2022-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə UEFA tərəfindən A qrupuna dəvət olunub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"