Azərbaycan millisi ilə bağlı MÜHÜM XƏBƏR – SON DƏQİQƏ

6 Fevral 2021 23:20 Milli komanda 1 568
Azərbaycan millisi ilə bağlı MÜHÜM XƏBƏR – SON DƏQİQƏ

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Qətərlə keçirəcəyi səfər matçının yeri məlum olub.

Sportinfo.az-ın məlumatına görə, komnda A qrupunda müsabiqədənkənar çıxış edən ərəblərlə Avstriyada üz-üzə gələcək.

Matç martın 27-də baş tutacaq.

Halbuki AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dünya çempionatının seçmə mərhələsi barədə danışarkən bildirmişdi ki, Qətər matçın İngiltərənin paytaxtı Londonda təşkil etmək istəyir:

"Mart ayında bizi çox çətin qrafik gözləyirik. Portuqaliya və Serbiya ilə matçların arasında Qətərlə oynamalıyıq".

London variantının gerçəkləşmə səbəbi Böyük Britaniyada koronavirusun yeni növünün aşkarlanması və qısa müddətdə geniş yayılmasıdır. Yerli rəsmi dairələrin qərarı ilə İngiltərəyə giriş-çıxış məhdudlaşdırılıb, adi səfərlər üçün ölkənin sərhədləri bağlanıb.

Digər Xəbərlər
Xəbər Lenti