Bölgə klubundakı 18 illik tarixi səhv aradan qaldırıldı - TƏFƏRRUAT

4 Avqust 2022 22:20 Maraqlı 915
Bölgə klubundakı 18 illik tarixi səhv aradan qaldırıldı - TƏFƏRRUAT

"Şamaxı" bu gün yeni loqosunu ictimaiyyətə açıqladı.

Yeni loqoda diqqət çəkən xüsusi məsələ klubun yaranma tarixi oldu.

Bildiyimiz kimi, "Şamaxı"nın varisi olduğu "Xəzər Universiteti" 1997-ci ildə yaradılıb.

Amma sonrakı varislər heç vaxt bu tarixi yaxın buraxmayıblar. 2004-cü ildə komanda öz adını "İnter Bakı"ya dəyişəndə yenilənmiş loqoya yeni tarix - 2004 həkk edilmişdi.

Növbəti ad dəyişməsi isə 2017-ci ilə təsadüf edir. Bu dəfə "İnter" adı "Keşlə"lə olaraq dəyişikliyə uğradı. Loqodakı tarix isə nə 1997, nə də 2004 olaraq yox, elə 2017-ci il göstərildi.

Başıbəlalı komandanın sonuncu ad dəyişikliyinə 2022-ci ildə uğradı. Bu dəfə "Keşlə" "Şamaxı" adlanmağa başladı. Loqoda isə dəyişiklik baş verən il göstərildi - 2022.

İllərdi bu məsələ haqqlı olaraq mətbuatda geniş tənqid olunurdu. Ki, əgər yeni adların nəticə etibarı ilə varis olduğu klub sonucda "Xəzər Universiteti"dirsə, niyə onun yaranma tarixi olan 1997 yox, hər dəfə yeni loqolarda yeni rəqəmlər əks olunur? Heç klub rəhbərlərinin də bu anormal duruma tutarlı cavabları olmayıb.

Amma bugünkü "Şamaxı"nın yeni rəhbərliyi öncəkilərin səhvini düzəltməklə, həm də 18 il sonra ədaləti bərpa etmiş oldular.

Bu, heç də təsədüf nəticəsində yox, yeni rəhbərliyin geniş müzakirəsindən sonra verilmiş qərardır. Əslində variantlar arasında 2022 olaraq qalması da olub.

Amma yekunda bütün söz-söhbətlərə son qoyulması üçün 1997-yə qayıdış məqbul sayılıb.

Hətta bugünkü tədbirə "Xəzər Universiteti"nin təsisçisi olan Hamlet İsaxanlının dəvət edilməsi də konkret bu səbəbdən baş tutub. Bir sözlə, yeni rəhbər sabiq rəhbərdən üzbəüz halalıq almağı məqsədəuyğun sayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti