Milliyə tapşırıqla götürülən məşqçi - Nə matahmış bu?

22 Fevral 2020 12:16 Köşə 1 177
Milliyə tapşırıqla götürülən məşqçi - Nə matahmış bu?

Adamın oldu, belədir də. İş bacardın, ya bacarmadın, önəmi yox, işləyəcəksən.

İşləyəcək və dişləyəcəksən. Əppəyin yaxşı və yablı yerindən özü də.

Elxan Abdullayev kimi. Onun kimilər az deyil Azərbaycan futbolunda. Bir sürüdülər. Sürü kimi gedib, sürü kimi gəlirlər. Harada bir işıqucu görürlər, özlərini tez ona sox(uşdur)urlar.

İy bilmirlər, yooo.. Bilənlər, qabağa düşənlər, yollarında mayak olanlar var. Əlbəttə, hərəsi kimə və nəyə görəsə. Deiallara çox girməyim, bir az qəliz məsələdir.

Nəsə, futbol camiəsində «Tapış Elxan» kimi tanınan həmin bu Elxan Abdullayevi AFFA gətirib U-18 millisinə qoyub, özü də iki illik. Deyiblər ki, sən burada birtəhər başını girlət, sonrasına baxarıq.

Bu gün U-18-ə çağırılan futbolçular sabah gənclər, birigün əsas yığmanın potensial bazasıdır. Bu yaş keçid yaşı sayılır. 18-ə çatan futbolçular üçün böyük futbol bundan sonra başlayır. Elə bir dönəmdədilər ki, həm yaş, həm də futbol təfəkkürünün açılımıı və formalaşması paralel gedir. Əlqərəz, millinin yaş qruplarının ən həssas halqası U-18-dir.

Lazım idi ki, AFFA bura mütləq təcrübəli bir mütəxəssis təyin eləsin. Elxan Abdullayev nə məşqçi kimi məşqçidir, nə mütəxəssis kimi mütəxəssisdir. Nuh əyyamından bu meydanlardadır, hələ özü barədə bir müsbət imic formalaşdıra bilməyib.

Əşşi, hardan olsun o imic… Gərək iş qoyasan ortaya, nəticə qazanasan. Əmbə bu Abdullayev əlcəktək dəyişdiyi klubların, yğmaların birində də uğurun «u» hərfinə də nail olmayıb.

Çalışdığı yeri batırsa da, gəl ki, özü batmayıb. «Bakı», «Qarabağ», AZAL, «Neftçi»… Daha haralara soxuşudurlmayıb ki o? Berti Foqtsun, Robert Prosineçkinin köməkçisi olub, ortaya yeyib, qıraqda gəzib.

Yenə iş başındadır, görürsüz. Ona görə ki, tapşıranı güclüdür. Bir zəngə, bir «alo»ya təyinat alır. Uğursuzluq simvolu olan Elxan Abdullayev nə matah şeymiş bə… Matah o deyil, vallah! Matah onu ora qoydurandır, billah!

Belə məşqçi işləməyi heç düşmənimə də arzu etmirəm.

Xəzər Hikmət

Xəbər Lenti