"Kəpəz"dən Tərlan Əhmədovu əsəbiləşdirəcək paylaşım - FOTO FAKT

6 Dekabr 2022 17:00 Kəpəz 1 111
"Kəpəz"dən Tərlan Əhmədovu əsəbiləşdirəcək paylaşım - FOTO FAKT

"Kəpəz-2" Birinci Divizionun növbəti qarşılaşmasına hazırlaşır.

13-cü tur çərçivəsində komanda sabah "Şamaxı-2" ilə qarşılaşacaq. Qərb təmsilçisinin rəsmi "feysbuk" hesabından matçla bağlı posterə komandanın bombardiri Rauf Əliyevin fotosu yerləşdirilib.

Paylaşıma ilk rəy yazan Əhliman Məmmədov adlı izləyici sərt iddia irəli sürüb:

"Bu cür oyunçunu əvəzedicidə saxlayırlar. Bu, sifarişdir. Bu qədər də olmaz. Əsas heyətdəkilərdən qat-qat üstün futbolçudur".

Əhliman bəyin iddiasının nə dərəcədə həqiqət olduğu demək çətindir.

Amma onu əminliklə demək olar ki, rəsmi səhifənin paylaşımı və izləyicinin şərhi mütləq Tərlan müəllimi əsəbləşdirəcək.

Çünki təcrübəli mütəxəssisin onu görməyə gözü yoxdur. Onsuz da Əliyevin vurduğu qollarla gündəmdə qalması baş məşqçinin heç də ürəyincə deyil.

Bilməyənlər üçün xatırladaq ki, yayda Gəncə təmsilçisinə transfer olunan milli komandamızın sabiq üzvü Tərlan Əhmədovun "Kəpəz"dəki ilk məşqindəcə əsas komandadan uzaqlaşdırılıb.

O, bundan sonra "Kəpəz-2"nin heyətində meydana çıxdığı görüşlərdə vurduğu 9 qolla bombardirlər cədvəlində yer alır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti