Klub avtobusunun şüşəsini niyə sındırıb? - İbrahimoviç

16 May 2022 12:20 İtaliya 587
Klub avtobusunun şüşəsini niyə sındırıb? - İbrahimoviç

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç klub avtobusunun şüşəsini sındırıb.

Sportinfo.az xəbər verir ki, hadisə “Atalanta” ilə qarşılaşmadan əvvəl, futbolçular stadiona gedərkən baş verib.

Məlumata görə, Zlatan çox həyəcanlı olub və şüşəni döyəcləyirmiş. Zərbənin təsirindən şüşə qəflətən sınıb.

İbrahimoviçin xəsarət alıb-almadığı haqda məlumat verilmir.

Qarşılaşma “Milan”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

40 yaşlı isveçli hücumçu bu mövsüm “Milan”ın heyətində bütün yarışlarda 26 oyuna çıxıb. O, 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2022-ci ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”