"Xahişimiz budur ki, çempion olsaq, meydana toplaşmayın"

15 İyul 2020 17:38 İspaniya 471
"Xahişimiz budur ki, çempion olsaq, meydana toplaşmayın"

“Real” rəhbərliyi azarkeşlərə müraciət edib.

Sportinfo.az xəbər verir ki, müraciət klubun saytında yayılıb.

Klub rəhbərliyi azarkeşlərdən xahiş edib ki, əgər “Vilyarrel”la qarşılaşmada çempionluq təmin olunarsa, bunu qeyd etməsinlər. “Real” azarkeşləri çempionluğu ənənəvi olaraq Madridin əsas meydanında qeyd edirlər. Klubun müraciətində deyilir:

“Çempionatın başa çatmasına 2 tur qalıb. Əgər çempion olsaq, futbolçularımız bunu qeyd etmək üçün ənənəvi olaraq yollandığımız Sibeles meydanına getməyəcəklər.

Azarkeşlərimizdən də xahişimiz budur ki, çempion olsaq, meydana toplaşmasınlar. Biz hamımız maksimum məsuliyyətli olmalıyıq ki, virusa yoluxma riski yaranmasın.

Ümid edirik ki, azarkeşlərimiz bu xahişimizi anlayışla qəbul edəcəklər. Buna görə onlara təşəkkürümüzü bildiririk. Çox istərdik ki, əldə ediləcək uğuru azarkeşlərimizlə bölüşək, onlarla birgə qeyd edək. Amma pandemiya dövründə yaşadığımızı nəzərə almalı və belə tədbirlərdən imtina etməliyik”.

Digər Xəbərlər
Xəbər Lenti