Məşhur klubda yoxlama aparılacaq – Bu qədər pul hara gedib?

17 Sentyabr 2021 18:40 İspaniya 967
Məşhur klubda yoxlama aparılacaq – Bu qədər pul hara gedib?

“Barselona” klubu ötən mövsümü böyük zərərlə başa vurub.

Sportinfo.az xəbər verir ki, bununla bağlı klub rəhbərliyi bəyanatla çıxış edib.

2020/2021 mövsümündə klubun zərəri 481 milyon avro olub.

İdarə heyəti cari mövsüm üçün büdcəni 765 milyon avro təsdiq edib. Amma bu büdcə Nümayəndələr Palatasında da təsdiq edilməlidir.

Oktyabrın 6-da isə klubda geniş yoxlama prosesinə başlanacaq. Məqsəd böyük zərərin səbəbkarlarının tapılmasıdır.

Digər Xəbərlər
Xəbər Lenti