"Onun qarşısında şlyapamı çıxardıram, əvəzi yoxdur"

17 Sentyabr 2021 18:20 İspaniya 548
"Onun qarşısında şlyapamı çıxardıram, əvəzi yoxdur"

“Barselona”nın iqtisadi məsələlər üzrə vitse-prezidenti Eduard Romeu “Real”ın prezidenti Florentino Peres haqda xoş sözlər deyib.

Sportinfo.az xəbər verir ki, Eduard “Real”ın pandemiya zamanı zərər görməməyini qabardaraq, bunun məhz Peresin sayəsində mümkün olduğunu bildirib:

“Real” böyük potensiala malik klubdur. Biz də son illər klub daxilində çevik hərəkət edə bilsəydik, onların durumunda olardıq.

“Real”ın maliyyə sferasındakı uğuru məhz Florentino Peres sayəsində mümkün olub. Onun qarşısında şlyapamı çıxardıram. Peresin əvəzi yoxdur.

Uzun illərdir ki, “Real”ı uğurla idarə edir, ona heyranam. İdarəetmə metoduna görə kimsə onunla müqayisə oluna bilməz”.

“Real” ötən mövsümüm böyük gəlirlə, “Barselona” isə zərərlə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti