“Transferlərdən və oyunçu satışlarımızdan çox məmnunam"

10 Sentyabr 2021 21:40 İspaniya 517
“Transferlərdən və oyunçu satışlarımızdan çox məmnunam"

Barselona”nın prezidenti Xuan Laporta açıqlama verib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Laporta, Kataloniya təmsilçisinin yaxşı heyətinin olduğunu deyib:

“Transferlərdən və oyunçu satışlarımızdan çox məmnunam. Ən çətin vaxtımızda möhtəşəm iş bacardıq.

Növbəti transfer dönəmində daha yaxşı şeylər edə bilərik. Titullar uğrunda mübariazə aparmaq üçün komanda yaradırıq.

Çox yaxşı heyətimiz var. Yeni transferlərimiz, istedadlı oyunçularımız var. Azarkeşlərin də dəstəyi bizə kömək olacaq”.

“Barselona” bu yay “Mançester Siti”dən ayrılan Serxio Aqueronu, Erik Qarsiyanı, “Rapid”dən (Avstriya) Yusuf Demiri, “Lion”dan Memfis Depayı, “Sevilya”dan Luk de Yonqu heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti