Bu transfer 23:57-də təsdiqlənib: "Getmək istəyirdi, biz də razılaşdıq"

10 Sentyabr 2021 10:20 İspaniya 803
Bu transfer 23:57-də təsdiqlənib:

“Atletiko”nun prezidenti Enrike Sereso Saul Niqesin “Çelsi”yə transferi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, 73 yaşlı funksioner keçidin transfer pəncərəsinin bağlanmasına dəqiqələr qalmış təsdiqləndiyini bildirib:

“Saul getmək istəyirdi, biz də razılaşdıq. “Çelsi”yə keçmək sırf onun öz istəyi idi. Saulun keçidi transfer pəncərəsinin bağlanmasına dəqiqələr qalmış - 23:57-də təsdiqləndi.

Amma deyim ki, buna görə həyəcanlanmırdım. Çünki biz də Qrizmannı heyətə cəlb etmişdik”.

“Çelsi” Saulu 5 milyon avro qarşılığında icarəyə götürüb. London nəhəngi onun transfer hüququnu almaq üçün 35 milyon avro ödəməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"