"Mənim telefon nömrəm onlarda var, zəng edə bilərlər"

16 İyul 01:10 İngiltərə 327
"Mənim telefon nömrəm onlarda var, zəng edə bilərlər"

“Əgər danışmaq istəsələr, mən buradayam. Hökm üç müstəqil hakim tərəfindən elan edildi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sky Sports"a açıqlamasında "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola deyib.

İspaniyalı mütəxəssis komandasının 2 mövsümlük Çempionlar Liqasından kənarlaşdırılma cəzasının ləğvi ilə bağlı qərarı tənqid edən Joze Mourinyo və Yurgen Kloppun cavabını verib:

"Bunu müzakirə etmək istəsələr, mənim telefon nömrəm onlarda var. Mənə zəng edə bilərlər və hər şeyi onlara izah edərəm. Problem deyil. Amma hesab edirəm ki, qərar aydın olduğu üçün nəsə müzakirə etməyimizin mənası yoxdur.

Yalan və saxtakarlıqla bağlı fərziyyələr həqiqətə uyğun deyildi. Biz təmiz idik. Səhv etsəydik, CAS lazım olan qərarl verərdi. Özümümüzü müdafiə etdik və doğru olan qərar verildi".

"Tottenhem"in çalışdırıcısı Joze Mourinyo İdman Arbitraj Məhkəməsinin "Siti" ilə bağlı son qərarını utancverici adlandırıb. "Liverpul"un baş məşqçisi Yurgen Klopp isə bu qərara şad olduğunu bildirməklə yanaşı, futbol üçün gözəl bir gün olmadığını demişdi.

Xəbər Lenti
5 Avqust 21:20 Quliyev riskə getmədi
5 Avqust 16:28 "Qarabağ" yenidən...
5 Avqust 12:16 250 manat alacaqssız