Azərbaycanlı idman naziri ABŞ-a niyə gedib?

19 Aprel 03:00 Hadisə 284
Azərbaycanlı idman naziri ABŞ-a niyə gedib?

Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə gənclərdən ibarət nümayəndə heyəti ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında keçirilən BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) növbəti Gənclər Forumunda iştirak edib.

Sportinfo.az xəbər verir ki, forumun ilk günü F.Qayıbov sülh və dayanıqlı inkişaf məqsədlərinə həsr olunan plenar iclasda, ikinci günü isə iqlim və sülh müzakirəsində gənclər dialoqu üçün ayrılan seqmentdə çıxış edib.

Nazir həmçinin ICYF tərəfindən keçirilən “PEACE Side Event” görüşünə də qatılıb.

ABŞ-yə səfər çərçivəsində Fərid Qayıbov BMT Gənclər Ofisinin rəhbəri Felipe Paullier, Braziliyanın Gənclər üzrə milli katibi Ronald Luiz Dos Santos və ABŞ Dövlət Departamentinin qlobal gənclər üzrə xüsusi elçisi Ebbi Finkenauerlə ikitərəfli görüşlər keçirib.

F.Qayıbov Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə birgə Nyu-Yorkda və ətraf ştatlarda təhsil alan azərbaycanlı tələbələrlə, həmçinin burada yaşayan gənclərimiz, o cümlədən idmançılarla da görüşüb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 17:40 "Neftçi"nin yeni AĞAsı