Azərbaycanlı dünya ulduzları ilə bir arada – Fiqu, Ronaldinyo, Kaka, Terri, Kasilyas... FOTOLAR

13 May 2022 17:00 Hadisə 943
Azərbaycanlı dünya ulduzları ilə bir arada – Fiqu, Ronaldinyo, Kaka, Terri, Kasilyas... FOTOLAR

Birləşmiş Ərəb Əmirliklərində Dubayın idman nazirliyi ilə FİFA-nın birgə təşkilatçılığı sayəsində sabiq futbol ulduzlarının şou xarakterli mini-futbol oyunu keçirilib.

Ulduzların siyahısında Luiş Fiqu, Con Terri, Kaka, Ronaldinyo, Kevin Kurani, İker Kasilyas, Fərid Mondraqon, Cey-Cey Okoça, Karlos Valderamma, Patrik Kluyvert, Yens Leeman, Fabian Kambyasso, Marko Materatsi kimi məşhur adlar yer alıb.

Dünyanın hər yerindən tədbirə dəvət olunan ulduzları yaxından görmək, onlarla ayaqüstü söhbətləşmək azərbaycanlı funksionerə də qismət olub.

Belə ki, Dünya Futvolley Federasiyasının baş katibi və çimərlik futbolu üzrə beynəlxalq dərəcəli hakim Əfqan Həmzəyev Dubay idman nazirliyinin dəvəti ilə məclisdə iştirak etmək imkanı qazanıb.

Ulduzların şou xarakterli futbol oyunundan sonra Həmzəyev də daxil olmaqla 100-ə yaxın fəxri qonaqla tanınmışlarla eyni masa arxasında əyləşmək imkanı qazanıb.

Təşkilatçılar dünyanın ən məşhur restoranlarından olan – “Burc Xəlifə”nin 57-ci mərtəbəsində yerləşən “Selavi” restoranında məşhurlara şam yeməyi verib.

Maraq üçün xatırladaq ki,j Dünya Futvolley Federasiyasının rəhbəri Vüsal Xəlilovla baş katib Əfqan Həmzəyev bir müddət öncə Braziliyaya səfər etmiş, orada Romario və Bebeto kimi dünya futbol ulduzları ilə görüşmək imkanı qazanmışdı.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti